Qüdsdə cümə namazından sonra qarşıdurmalar olub, yaralılar var

BMT-də keçirilən səsvermədən sonra Qüdsdə İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar qeydə alınıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ramallahın Beytil qəsəbəsində cümə namazı sonrası fələstinli qruplar şüarlar səsləndirərək aksiya keçirib.

Hərbçilərin müdaxiləsi zamanı gərginlik yaşanıb, hərbçilər havaya atəş açıb. Toqquşmalarda yaralıların olduğu bildirilir. Fələstinlilərin atdığı daşlar isə media nümayəndələrinə tuş gəlib.

Daha sonra etirazçılara qarşı qaz bombasından istifadə olunub

Müəllif | Apa.Tv
Ayşən Əhməd