Avstriyada 2 qatarın toqquşması zamanı azı 20 nəfər xəsarət alıb
Avstriyanın şimalında, Vyana yaxınlığında iki sərnişin qatarı toqquşub. Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kritsendorf yaşayış məntəqəsində qeydə alınıb.
Bildirilir ki, yerli vaxtla saat 18:00-da içərisində təxminən 30 sərnişinin olduğu qatar boş halda hərəkət edən sürət qatarı ilə toqquşub. Məlumata əsasən, qəza zamanı iki vaqon aşıb, yaralılardan 15 nəfəri yanıq xəsarəti alıb. Hadisə yerinə xilasedicilər, tibb işçiləri və iki helikopter cəlb edilib.
İnsidentin digər təfərrüatları barədə hələ ki məlumat verilmir.