İsrailli hərbçilər daha 2 fələstinlini öldürdü - TOQQUŞMALAR DAVAM EDİR

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli öldürülüb, 689-u müxtəlif dərəcəli xəsarət alıb. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

“Dekabrın 22-də iğtişaşlarda iki fələstinli ölüb, gün ərzində 689 nəfər yaralanıb. Onlardan 65-i güllə yarası alıb. Hazırda 3 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”, - deyə məlumatda deylir.

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki həftədən çoxdur ki, davam edir.

Müəllif | Apa.Tv
Apa.tv