20-dək avtomobil bir-birinə dəydi: yaralılar var - RUSİYADA
Rusiyanın Krasnodar vilayətindəki Adıgey Respublikasında zəncirvari yol qəzası baş verib. APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Maykop-Beloreçensk avtomagistralında 20-dək avtomobil toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Nəqliyyat vasitələrinin kütləvi şəkildə toqquşmasına qatı duman və sürücülərin sürət həddini aşması səbəb olub. Yolların yağan qar ilə əlaqədar sürüşkən olması da buna şərait yaradıb.
Hazırda hadisə yerində yol patrul xidmətinin əməkdaşları işləyir.