Neftin qiyməti 65 dolları keçdi - ABŞ-DA HASİLAT AZALIR

Dünya neft bazarında xam neftin qiymətlərində ciddi bahalaşma var.

 

APA TV-nin məlumatına görə, həftənin son satışlarında "Brent" markalı neft 65,25 dollara qədər bahalaşıb. Hazırda bu markadan olan neft 65,04 dollardan təklif olunur.

 

WTİ markalı neftin qiymətlərində də bahalaşma qeydə alınıb. Qərbi Texas nefti hazırda 58,41 dollardan təklif olunur.

 

Qiymətlərin bahalaşmasına əsas təsir edən amil ABŞ-da neft ehtiyatlarının kəskin azalması, eyni zamanda ölkədə neft hasilatının sürət tempinin aşağı düşməsidir. ABŞ-ın ümumi xam neft ehtiyatları 2015-ci ildən bu yana ən aşağı səviyyəyə enib.

Müəllif | Apa.Tv
Apa.tv