İsrail Dəməşq yaxınlığındakı Suriya hərbi bazasını vurdu

İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə zərbə endirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, hədəfdə paytaxt Dəməşq yaxınlığında yerləşən hərbi obyekt olub.

 

Suriyanın havadan müdafiə sistemləri cavab atəşi açıb. İnsident nəticəsində ölən və yaralananların olması barədə məlumat verilmir.

 

Rəsmi Dəməşq İsrailin hücumunu açıq-aşkar təcavüz kimi qiymətləndirib.

Müəllif | Apa.Tv
Apa.tv