ABŞ MDB-dən olan 10 "qanuni oğru"ya qadağalar qoydu - SİYAHI
ABŞ MDB ölkələrindən olan 10 "qanuni oğru"ya sanksiyalar tətbiq edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Maliyyə Nazirliyinin qadağaları kriminal avtoritetlərə qarşı mübarizə çərçivəsində hazırlanan sənəddə əksini tapıb.
Nazirliyin saytında verilən siyahıda "Piçuqa" ləqəbli Yuri Piçuqin, "Robson" kimi tanınan Ruben Tatulyan, "Tayvançik" təxəllüslü Alimcan Toxtaxunov, "Tyurik" ləqəbli Vladimir Tyurin, "Şakro Molodoy" kimi ad çıxaran Zaxariy Kalaşov, "Voskres" təxəllüslü Vasiliy Xristoforov, "Kamçi Bişkekskiy" ləqəbi ilə məşhur olan Kamçibek Kolbayev, "Laşa Rustavskiy" kimi tanınan Laşa Şuşanaşvili, "Vadik Belıy" ayamalı Vladislav Leontyev və özbək Qafur Rəhimovun adları var.
Siyahıda adı çəkilən şəxslərin ABŞ, Rusiya, Yunanıstan, İspaniya və Ukraynada cinayətkar əməllərlə məşğul olduğu bildirilir.
Sanksiyalar ABŞ vətəndaşlarına bu şəxslərlə hər hansı biznes əlaqələrini qadağan edir. Həmçinin sanksiya tətbiq edilən şəxslər ABŞ ərazisinə daxil ola bilməyəcək, onların bu ölkədəki aktivləri isə dondurulur.