Evi yanan Quba sakini: "Hərbi xidmətdəki oğlumun yanına getmişdik..."
Qubada yanğın olub.
APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Hacıqayıb kəndində baş verib.
Kənd sakini Qurbanov Rafiq Nəsrulla oğluna məxsus ikimərtəbəli - ümumi sahəsi 96 kv.metr olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kv.metr sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kv.metr sahədə, digər otağın tavanı 6 kv.metr sahədə və dam örtüyünün yanar konstruksiyaları 48 kv.metr sahədə yaşayış evi yanıb: "Dünən Bakıya, əsgərlikdə olan oğlumun yanına getmişdim. Səhər zəng gəldi ki, ev yanır. Dedilər, qısaqapanmadan olub. Kənd sakinləri kömək ediblər, sağ olsunlar".
"Səhər tezdən gəlib gördük yanır. Çox şey çıxara bilmədik. Arxa pəncərədən çıxdıq, evi ot tutub yanırdı. Az şey çıxara bildik".
Yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.