Türkiyə səfiri: "Azərbaycana qarşı ədalətsizliyə son qoyulmalıdır"
"Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib". Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmadır".
APA TV-nin məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda "Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib: "Azərbaycan uzun müddətdir böyük ədalətsizliklə üzləşib. Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal edilib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib. Türkiyə dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da olacağıq".
Simpoziumun keçirilməsində məqsəd region ölkələri arasında iqtisadi əlaqələrin perspektivləri, geosiyasi məsələlərin müzakirəsidir: "Məqsəd bu bölgədə hər hansısa bir dəyişikliklər olacaqsa, hansısa islahatlar olacaqsa bu bölgənin rəhbərləri aparmalıdır, kənar müdaxilələr yolverilməzdir".
"Bu regionda baş verən münaqişələrin, onların yaranma səbəbləri, onların nəticələri, bu münaqişələrə regionumuzun gələcəyinə dönük nə düşünürük, bu ölkələrin xalqları, dövlətləri nə düşünür, bu bölgənin gələcəyi hara gedir, baş verən münaqişələrin səbəbkarlarını və bu münaqişədə əziyyət çəkən xalqların gələcəyini müzakirə etmək istəyirik".
Simpoziumda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rusiyadan olan ictimai-siyasi xadimlər, tanınmış ekspertlər, telejurnalistlər iştirak edib. Simpozium panel müzakirələrlə davam etdirilib.