Gəncədə avtobus yaşlı qadını vurub

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.


Şəhər sakini, 1949-cu il təvəllüdlü Rüstəmova Xalidə yolu keçən zaman 9 saylı xətt üzrə sərnişin daşıyan avtobus tərəfindən vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv