Səudiyyə kralı Mahmud Abbası qəbul etdi: "Trampı dəstəklə, Ərdoğanla əlaqəni kəs!"
Fələstin lideri Mahmud Abbas Ər-Riyada səfər edib. APA TV-nin İsrail mətbuatına istinadən məlumatına görə, görüşün BMT-də "Qüds səsverməsi" keçirilən zaman baş tutduğu deyilir.
Mahmud Abbasla kral Salman arasında görüş olub.
Görüşdə Qüds məsələsi müzakirə olunub. Türkiyə mətbuatının yazdığına görə, görüşdə Səudiyyə kralı Fələstin rəhbərini ABŞ prezidentinin qərarını dəstəkləməyə və Ərdoğanla əlaqələri kəsməyə çağırıb.
İddia edilir ki, Səudiyyə rəhbərliyi və Birləşmiş Ərəb Əmirlikləri bu halda Mahmud Abbasa dəstək verəcəklərini bildiriblər.