Fəttah Heydərov: "Multikultural siyasət Azərbaycanı dünyanın ümid yerinə çevirib"

Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.


APA TV-nin məlumatına görə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, dünyada hökm sürən iqtisadi böhranlara, ciddi kataklizmlərə baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür. O qeyd edib ki, dini tolerantlıq, multikultural siyasətin həyata keçirilməsi ilə Azərbaycan dünyanın ümid yerinə çevrilib: "Böyük iqtisadi böhranlar insanları sıxır. Bu böhranların nəticəsində böyük qaçqın ordusu yaranır. Belə bir vaxtda Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz sabit, əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanınır. Bizim bugünkü bu toplantımız gözəl bir günə təsadüf edir, sabah bizim hörmətli prezidentimiz İlham Əliyevin ad günüdür. Ölkəmizdə gedən bütün uğurlu siyasəti ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən, onun bütün ideyalarının, mərdliklə görülən işlərin əksəriyyətinin önündə gedib".

 

Fəttah Heydərov bildirib ki, dini tolerantlıq, multikultural siyasətin həyata keçirilməsi ilə Azərbaycan dünyanın ümid yerinə çevrilib.

 

İclasda akademik Əhliman Əmiraslanov və akademik Ömər Eldarov Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanları ilə təltif ediliblər.

 

Sonra Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat məruzəsi dinlənilib.
 

Prezident Administrasiyası   ictimai-siyasi şöbəsinin məsləhətçisi Rasim Mirzəyev Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci il üzrə hesabatının qənaətbəxş olduğunu bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv