Bakıda döyülmə faktı qeydə alınıb. APA TV-nin xəbərinə görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi, Albalı bağları yaşayış massivində qeydə alınıb.
1990-cı il təvəllüdlü İsmayılov Anar Vaqif oğlu alın və göz nahiyəsində çapılmış, kəsilmiş yaralarla 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.
A.İsmayılovun sözlərinə görə, ona tanışı xəsarət yetirib.