Filippində ticarət mərkəzi yanıb, 37 nəfər həyatını itirib

Filippində baş vermiş yanğında ölənlərin sayı 37 nəfərə çatıb. APA TV-nin BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin cənubundakı Davao şəhərində, bir ticarət mərkəzində olub.

Yanğın ticarət mərkəzinin 3-cü mərtəbəsində olan mebel mağazasından başlayıb və sürətlə digər mərtəbələri də bürüyüb. Yanğından qurtulmaq istəyənlər binanın damına çıxıb. Yanğında ölənlərin əksəriyyətinin ticarət mərkəzinin 4-cü mərtəbəsində olan və 24 saat işləyən çağırış mərkəzi xidmətinin əməkdaşları olub.

Hadisənin dəqiq səbəbi hələ də bilinmir. Xəsarət almış daha 6 adamın da xəstəxanalara yerləşdirildiyi deyilir.

Davao şəhərində doğulub böyüyən Filippin prezidenti Rodriqo Duterte də hadisə yerinə baş çəkib. Yanğında həyatını itirənlərin yaxınlarıyla görüşən Duterte onlara başsağlığını çatdırıb.

Müəllif | Apa.Tv
Apa.tv