Paytaxt sakini dəm qazından zəhərlənib. APA TV-nin xəbərinə görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Əli İsmayılov təcili 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim müayinəsindən keçirilib. Məlum olub ki, o, yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Lazımi tibbi yardım göstərilən Əlinin müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.