Alp dağlarında kanat sınıb, turistlər çıxılmaz vəziyyətdə qalıb

Fransanın İzer bölgəsindəki Şamruss qış istirahət zonasında xizəkçilər çıxılmaz vəziyyətdə qalıb. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, təxminən 160 xizəkçi helikopterlərlə ərazidən təxliyyə edilib.

Məlumata görə, Alp dağlarında 1650 və 2250 metr səviyyələri arasındakı gəzinti kanatı sınıb və hər birində 10 nəfərin olduğu 70 kabinə havada qalıb. Ərazidə təcili xilasetmə işlərinə başlanılıb və təxminən 2 saat davam edib.

Əməliyyatda dağ xizəkçilik mərkəzinin əməkdaşları, xilasedicilər və mülki müdafiə qüvvələrinin 2 helikopteri iştirak edib. Hadisə nəticəsində zərər çəkən olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv