ERMƏNİLƏR DAVUDOĞLUNU AKSİYA İLƏ QARŞILAYACAQLAR
Türkiyənin xarici işlər naziri Ermənistanda etiraz aksiyası ilə qarşılanacaq. Aksiyanı Ermənistanın “Sarkis Txruni” Tələbə Gənclər İttifaqı keçirəcək.
APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, ittifaq Ermənistan hakimiyyətindən Əhməd Davudoğlunu dövlət səviyyəsində qəbul etməməyi, onun İrəvandan anti-erməni tribunası kimi istifadə etməsinə imkan verməməyi, qondarma “erməni soyqırımı” ilə bağlı açıqlamalarına dair izahat verməsini tələb edib.
Təşkilatın bəyanatında daha sonra deyilir: "Türkiyənin “qonşularla sıfır problem” siyasətini məhz Ankara pozub. Biz erməni gəncliyini həmin gün Türkiyənin anti-erməni və saymazyana siyasətinə qarşı birləşməyə çağırırq”.
Davudoğlu dekabrın 12-də Qaradəniz İqtisadi Əməkdaşlıq zirvəsi çərçivəsində İrəvana gedəcək və iki ölkə arasındakı əlaqələrin yenidən normallaşması üçün təkliflə çıxış edəcək.