Goranboyda ana və iki uşağı dəm qazından zəhərləndi

Goranboy rayonunda ikisi azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərlənib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Bakı sakini, 1968-ci il təvəllüdlü İradə Polad qızı Nəsirova Goranboy şəhərində kirayə qaldığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib.

 

Bundan başqa, rayonun Xan Qərvənd kəndində 1985-ci il təvəllüdlü Zeynəb Nağıyeva və onun iki azyaşlı övladı -  10 yaşlı Validə və 5 yaşlı Nəzrin yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

 

Onlara müvafiq tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli