Sumqayıt-Bakı sürət qatarı piyadanı vurub öldürdü

Sumqayıt-Bakı sürət qatarı piyadanı vuraraq öldürüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 23-də saat 20:00 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı Kürdəmir rayon sakini Səbuhi Azayev vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd