Əfqanıstanın kəşfiyyat xidmətinə kamikadze hücumu: 5 ölü, 2 yaralı
Kabildə kamikadze Əfqanıstanın kəşfiyyat xidmətinə hücum edib.
APA TV-nin məlumatına görə, bu gün səhər saatlarında Əfqanıstan paytaxtında partlayış baş verib.
Məlumata görə, partlayışı kamikadze Milli Təhlükəsizlik İdarəsinin girişində törədib. Nəticədə 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hələ ki, terror təşkilatlarından heç biri məsuliyyəti üzərinə götürməyib.