OQTAY ƏSƏDOVUN MAAŞI artırılır

Azərbaycan Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı artırılır. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik nəzərdə tutulur. Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır.

 

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən isə parlament sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə və komissiya sədri 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

 

APA TV-nin xəbərinə görə, dəyişikliklə əlaqədar qeyd olunan şəxslərin də aylıq vəzifə maaşlarında avtomatik artım olacaq. Layihə parlamentin növbəti 17 dekabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Müəllif | Apa.Tv