İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşdı

 İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb.


APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə saat 9:00-da Qars ərazisində, Qaraqurd-Kağızman yolunda baş verib.

 

İstanbuldan Azərbaycana gələn "İğdır Turizm" şirkətinə aid 34 DY 9422 nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib ki, qəza nəticəsində ölən və ağır xəsarət alan yoxdur. "Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər" - deyə, o qeyd edib.

 

Araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı