İlham Tumasın imza günü keçirildi
"İlham Tumas jurnalistikanın nəbzini tutan şəxslərdəndir". APA TV-nin məlumatına görə, bu fikirləri tanınmış jurnalist Səbuhi Məmmədli I Qarabağ savaşının iştirakçısı, tanınmış yazar İlham Tumasın "Dünyanın gizli ocağı: Vatikan" kitabının təqdimat mərasimində bildirib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə bu kitabın son dövrlərdə yazılan çox dəyərli əsərlərdən olduğunu dilə gətirib.
Yazıçı Mirmehdi Ağaoğlu kitabda yer alan yazıları özünəməxsus üslub və güclü bədii təsvir vasitəsinə malik sətirlər kimi xarakterizə edib.
Tanınmış hərbi diktor Şəmistan Əlizamanlı isə müəllifin istedada malik qələm sahiblərindən olduğunu dilə gətirib.
Qarabağ qazisi Rey Kərimoğlu müəllifi imza günü keçirməyə razı salmağın heç də asan olmadığını bildirib.
İlham Tumas kitabın nəşrinin silsilə şəklində davam etdirilə biləcəyini qeyd edib: "Kitabın adı "Dünyanın gizli ocağı: Vatikan" olsa da, kitabda yalnız Vatikanla bağlı yox, ümumiyyətlə, dünyada və Azərbaycanda baş vermiş hadisələrlə bağlı araşdırmalar üstünlük təşkil edir. Vatikan da bu araşdırmalardan biridir. Mesaj odur ki, insan üçün gizli bir şey qalmamalıdır".
Qeyd edək ki, mərasimin sonunda müəllif kitabı oxucuları üçün imzalayıb.