Rusiyada dəhşətli qəza: azərbaycanlı iş adamı və oğlu qəzada öldü

Rusiyanın Saxalin vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 azərbaycanlı ölüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı ata-oğul - Tovuz rayonun Dönük Qırıqlı kənd sakinləri Lətif Həsənov və Elnur Həsənovun içində olduğu "Toyota Kluger" markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub. Cənubi Saxalindən Nevelksə hərəkət edən avtomobili oğul idarə edirmiş. Onu yuxu tutduğundan yolun kənarında park vəziyyətində olan avtokranı görməyib. Avtomobil yüksək sürətlə avtokrana çırpılıb. Nəticədə ata və oğul hadisə yerində ölüblər.

Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olub. Onun bir neçə ərzaq mağazası var. Hadisə də onun oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib.

Hazırda meyitlər Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan onların nəşinin Azərbaycana göndərilməsi yubanır.

Müəllif | Apa.Tv
Fərid Rəsulov