Qubada dəhşətli qəza: “Mercedes” mikroavtobusla toqquşdu

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, Qubanın İqrık kəndi ərazisində “Mercedes” markalı minik maşını və mikroavtobus toqquşub.

 

Hadisə nəticəsində bir nəfər ölüb, 8 nəfər xəsarət alıb.

 

Qəzada ölən şəxs “Mercedes” markalı minik maşınının sürücüsü, 1954-cü il təvəllüdlü Şövkət Qubadovdur. Xəsarət alanlar - 1988-ci il təvəllüdlü Vüqar İsmayılov, 1947-ci il təvəllüdlü İradə Əlimuradova, 1996-cı il təvəllüdlü Hüseyn Hacıyev, 1960-cı il təvəllüdlü Vaqif Bətərov Quba Mərkəzi Rayon Xəstəxanasına, Nigar Haktari Quba Müalicə Diaqnostika Mərkəzinə, 1977-ci il təvəllüdlü Zaur Əsədov, 1996-cı il təvəllüdlü Aygün Abdurəhmanova və hələlik kimliyi məlum olmayan bir nəfər isə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, qəzada ölən sürücünün oğlu da bir neçə il öncə yol qəzasında dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan