Daha bir ölkə səfirliyini Təl-Əvivdən Qüdsə köçürür - ABŞ-DAN SONRA

"Ölkəmizin səfirliyi Təl-Əvivdən Qüdsə köçürüləcək. Mən artıq bununla bağlı göstəriş vermişəm".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirləri Qvatemala prezidenti Cimmi Morales özünün "Facebook" hesabında yazıb. 

 

O, bu qərarı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra verib. Tərəflərin danışıqlarda hansı məsələlərə toxunduqları açıqlanmayıb.

 

Xatırladaq ki, Qvatemala bir qədər əvvəl BMT-də ABŞ-ın analoji addımını pisləyən qətnamənin əleyhinə çıxan dövlətlərdən biridir.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov