Səudiyyə növbəti dəfə Yəməni bombaladı - ÖLÜ SAYI ÇOXDUR

Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya Yəmənin qərbinə, İranın maliyyələşdirdiyi husi üsyançılarına aviazərbə endirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, nəticədə 50-dən çox üsyançının məhv edildiyi bildirilib. Bundan əlavə, aviazərbələr zamanı terrorçulara aid ballistik raket məhv edilib.

 

Qeyd edək ki, ölkədə husilərlə hökumət qüvvələri arasında mübarizə  2014-cü ildən davam edir. Bunun nəticəsi olaraq dekabrda üsyançılar Yəmənin sabiq prezidenti Əli Abdulla Salehi qətlə yetirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı