Qusarda üçəm doğulub

Qusar rayonunda üçəm doğulub.

 

APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Qusar rayon sakini Şəhla Əmirəliyeva doğuşla əlaqədar Qusar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

 

Vaxtında əvvəl doğulan körpələrə müvafiq tibbi yardım göstərilməsi üçün Quba Regional Perinatal Mərkəzinin əməkdaşları gecə saatlarında Qusara ezam olunub. Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova bildirib ki, uşaqlar dünyaya gələndən sonra mərkəzə gətirilib.

 

Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova bildirib ki, bir sutka ərzində bu uşaqlar kuvezə yerləşdirilib. Ona xidmət göstərilib. Bu gün kuvezdən çıxarılıb. Hazırda vəziyyətləri kafidir və qidalandırılırlar.

 

Körpələrdən 2-si qız, biri oğlandır.

Müəllif | Apa.Tv
Vəli Turan