Ağstafada 21 yaşlı gənc özünü asdı

Ağstafada 21 yaşlı gənc özünü asıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Gün kəndində qeydə alınıb.

 

Kənd sakini, 1996-cı il təvəllüdlü Eynal Mərdanov ailə üzvləri ilə birgə şam yeməyi yedikdən sonra özünü asaraq intihar edib.

 

Mərdanovlar ailəsini tanıyanlar Eynalın kompüter biliklərinə sahib olan bacarıqlı bir gənc olduğunu bildiriblər. Onun özünü öldürməsinin səbəbi hər kəs üçün müəmmalı qalıb.

 

Mərdanovlar ailəsinin iki oğlu, bir qızı var. Eynal evin ikinci uşağı olub. Bir necə ay əvvəl  bacısının toy mərasimi olub.

Müəllif | Apa.Tv
Azər Məmmədli