Motosikletçini avtomobil vurdu - XƏSARƏT ALAN VAR

Bakının Sabunçu rayonunda minik avtomobili motosikletlə toqquşub. APA TV-nin xəbərinə görə,  hadisə Maştağa qəsəbəsində, keçmiş Məmmədyarov dairəsi yaxınlığında baş verib.

Qəza nəticəsində motosikletin sürücüsü, 1997-ci il təvəllüdlü Ələsgərov Sərxan Ağayar oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv