Azərbaycan əsilli milyarderlər Rusiyanın ən böyük idman kompleksini aldı
Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyev meydanı" şirkəti dekabr ayında "Olimpiyskiy" idman komplekslərini alıb.
APA TV-nin məlumatına görə, bunadək idman kompleksi Rusiyanın ən zəngin insanlarından biri olan Musa Bajayevin "Alyans" şirkətinə məxsus olub.
"Kiyev meydanı" əqdin dəyərini açıqlanmasa da, idman kompleksinin yeni sahibləri layihəyə 300-400 milyon dollar yatırmaq niyyətindədirlər.
"Olimpiyskiy" idman kompleksi 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunları ərəfəsində tikilib. Moskva şəhər Meriyasından bildirilib ki, kompleksin yenilənməsi zəruri olduğundan layihəyə investor cəlbinə ehtiyac yaranıb və satılıb.
Onun yenidənqurulmasına isə 2019-cu ildən başlanacaq, ərazisi isə 300 min kvadratmetrə çatdırılacaq.
Qeyd edək ki, "Forbes" jurnalının versiyasına əsasən, Z.İliyev Rusiyanın 34-cü, Q.Nosanov isə 36-cı ən zəngin adamıdır. Onların hər ikisinin sərvəti 3,1 mlrd. dollar təşkil edir.