Şimali Koreya fəzaya yeni peyk buraxmağa hazırlaşır - SEUL NARAHATDIR
"Şimali Koreya "Kvanmenson - 5" adlı yeni peykini fəzaya buraxmağa hazırlaşır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, bu məlumatı Cənubi Koreyanın kəşfiyyatı əldə edib. Peykin üzərində telekamera və telekommunikasiya cihazlarının quraşdırılacağı bildirilib.
Qərargah Rəisləri Mərkəzi Komitəsindən verilən məlumatda Cənubi Koreyanın şimal qonşusunun addımlarını diqqətlə izlədiyi və provokativ addımlardan ehiyat edildiyi açıqlanıb.
Yeri gəlmişkən, rəsmi Pxenyan isə raket və nüvə proqramlarından imtina etməyəcəyini növbəti dəfə bəyan edib, eləcə də ABŞ və Cənubi Koreya ilə dialoq variantının axtarılacağını da açıqlayıb. Seul isə dialoqa qarşı tərəfdən ilkin şərtlər irəli sürülmədən gediləcəyini bəyan edib.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də diqqət Kim Çen Inın yanvarın 1-də edəcəyi ümumxalq müraciətinə yönəlib. Onun dünyaya hansı önəmli mesajları verəcəyi maraq doğurur.