Türkiyə KİV: ABŞ Suriyada yeni terror qruplaşması yaradır

"ABŞ Suriyada nəzarətdə saxladığı ərazilərdə yeni terror qruplaşması yaradıb".  APA TV-nin məlumatına görə, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib.

İddialar görə, "Ceyş əl-Cədit" adı verilən qruplaşmada 2500 PKK terrorçusu yer alıb və onlar xüsusi yaradılmış üç düşərgəyə yerləşdirilib. Həmin düşərgələr Haseke və Deyr əz-Zor ərazilərində qurulub.

Qruplaşmanın birbaşa olaraq ABŞ-ın Suriyadakı hərbi nümayəndəsi Brett Makqark tərəfindən idarə edildiyi bildirilir.

Hazırda Suriyanın 1/3-nə nəzarət edən ABŞ hərbçilərinin ən yaxın müttəfiqləri PKK-nın qolu olan PYD/YPG-dir.

Pentaqonun əsas planının bu terror qruplaşmasında sayı 30000 min nəfərə çatdırmaq və ölkədə yenidən vətəndaş müharibəsini başlatmaq olduğu, bu məqsədlə bəzi ərəb əşirətləri ilə danışıqlar aparıldığı deyilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı