Sumqayıtda evlərdən oğurluq edən şəxs tutuldu
Sumqayıt polisi fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirib.
DİN mətbuat xidmətindən APA Tv-yə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 21-də şəhər ərazisindəki evlərin birindən 210 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Müqbil Həşimov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun noyabrın 18-dən dekabrın 20-dək olan müddətdə şəhər ərazisində daha 4 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.