Suriyada daimi hərbi baza qurmağa başlayan Rusiya: Türkiyə ordusu çıxacaq!

"Suriyada daimi rus hərbi birlikləri formalaşdırılacaq".

 

APA TV-nin məlumatına görə, bu fikri Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqu rus hərbçilərin Suriyadakı iki hərbi bazada daimi olaraq yerləşməyə başladığını deyib. Qeyd olunan bazalar Aralıq dənizi sahilindəki Tartus və Xmeymim bazalarıdır.

 

Qeyd edək ki, iki həftə öncə Rusiya prezidenti Vladimir Putin hərbi birləşmələrin Suriyadan çıxacağını açıqlamışdı. Şoyqu isə artıq hərbçilərin Suriyanı tərk etməyə başladığını demişdi.

 

Bu arada Rusiyanın xarici işlər nazirinin köməkçisi Mixail Baqdanov Türkiyə hərbçilərinin Suriyada atəşkəs bölgələrində təhlükəsizliyi təmin etmək üçün müvəqqəti orada olduğunu deyib. O bildirib ki, belə bölgələr altı ay müddətinə qurulub, vaxtı uzadıla bilər. Nə vaxt ki, türk ordusuna ehtiyac olmayacaq, Suriyanı tərk edəcəklər.

 

Baqdanov əlavə edib ki, ABŞ və Türkiyə Dəməşq hökumətinə sayğı göstərməlidir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı