Rəhim Qazıyev həbs edildi
Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbs edilib.
APA TV-nın xəbərinə görə, ona 10 gün müddətinə inzibati həbs cəzası verilib.
Qeyd edək ki, Rəhim Qazıyev 1992-ci ilin mart ayından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri vəzifəsini icra edib.