68 yaşlı Göygöl sakini tanışı tərəfindən öldürüldü
Göygöldə qətl törədilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb.
Münaqişə zamanı Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb. O dərhal xəstəxanaya aparılsa da, çox qan itirdiyindən yolda dünyasını dəyişib. Q.Musayevin tanıdığı şəxs tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.