Prezident İlham Əliyev Moskvada keçirilən qeyri-rəsmi görüşə qatılıb

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gedib. APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gedib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi salamlayıb. Sonra MDB dövlət başçıları birgə foto çəkdirib.

MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün ardından Rusiya prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Müəllif | Apa.Tv
Apa.tv