Avtomobillə qızın ayağının üstündən keçən sürücü qaçdı - BAKIDA
Bakının Sabunçu rayonunda avtomobil gənc qıza xəsarət yetirib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Zabrat qəbəsində baş verib.
Naməlum sürücünün idarə etdiyi avtomobil piyada zolağını keçmək istəyən 1992-ci il təvəllüdlü Qafarova Yeganə Sabir qızını vuraraq hadisə yerindən qaçıb. Məlumata görə, avtomobilin təkəri onun ayağının üstündən keçib.
Ayağı əzilən 25 yaşlı Yeganə qardaşı tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib. Y.Qafarovanın gözləri zəif gördüyü üçün ona xəsarət yetirib qaçan avtomobili müəyyən edə bilməyib.