Avtomobil yolunda velosiped sürən kişini maşın vurdu

Bakıda avtomobil velosipedçini vurub. APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Məlumata görə, 1980-ci il təvəllüdlü paytaxt sakini İbrahimov İsak İsmayıl oğlu velosipedlə Babək prospektində hərəkətdə olan zaman “Lada Priora” markalı avtomobil onu vurub. Müxtəlif xəsarətlər alan İ.İbrahimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.

Faktın təfərrüatları Nizami RPİ-nin əməkdaşları tərəfindən araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv