Lavrov və Tillerson: "Şimali Koreya BMT-nin tələblərini pozub"
"Biz Şimali Koreyanın nüvə-raket proqramının BMT Təhlükəsizik Şurasının tələblərini pozduğu qənaətindəyik".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər ABŞ dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasındakı telefon danışığında səslənib.
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər Koreya yarımadasındakı vəziyyət, Vaşinqtonun Pxenyana qarşı yürütdüyü siyasət və regiondakı hərbi aktivlik ətrafında fikir mübadiləsi aparıb, Şimali Koreya ilə danışıqlar prosesinə keçid vaxtının çatdığını bildirib.
Suriya münaqişəsi ilə bağlı danışan rəsmilər münaqişənin həllinin ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü, hökumətlə müxalifət arasındakı dialoqun Cenevrə prosesi çərçivəsində davam etməli olduğunu diqqətə çatdırıblar.
Söhbət zamanı Ukraynada vəziyyət, habelə Minsk razılaşmalarının yerinə yetirilməsi prosesində dialoqun vacibliyi qeyd olunub.