Ermənistanda zenit-raket kompleksinin qaçaqmalçılığı üzrə daha bir nəfər tutuldu

Ermənistanda "İqla" zenit-raket kompleksinin qaçaqmalçılığı üzrə açılan cinayət işində təqsirləndirilən şəxslərdən Robert Aqvanyan Gürcüstandan ölkəsinə ekstradisiya olunub.

 

APA TV-nin Ermənistan KİV-nə istinadən xəbərinə görə, ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Dağlıq Qarabağ separatçılarının "müdafiə naziri" Samvel Babayan da analoji cinayət işi üzrə 2017-ci ilin martında həbs olunub və məhkəmənin hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov