Yağmursuz hava davam edəcək

Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd