Moskvada keçmiş fabrik direktoru dəhşət saçdı: 1 ölü, 4 yaralı

Moskvada keçmiş fabrik direktoru bir nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb.

 

APA TV-nin məlumatına görə, hadisəni “Menşevik” fabrikinin keçmiş direktoru İlya Averyanov törədib.

 

Həmin şəxs saxta sənədlərlə fabrikin əlindən alındığı və müflis edildiyi üçün bu addımı atdığını bildirib.

 

Onun müştərilərə atəş açması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədə ölən şəxs təhlükəsizlik xidməti əməkdaşı Aleksey Kostikovdur. İlkin məlumata görə, o, atəş açan şəxsi dayandırmağa çalışarkən həlak olub.

 

Hazırda hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat aparılır. Polis fabrikdə girovların saxlanıldığını barədə xəbərini təkzib edib. Yaralılar barədə hələlik məlumat verilmir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı