Qadının mobil telefonunu əlindən alıb qaçan şəxs tutuldu
Lənkəran sakini qadına qarşı soyğunçuluq etdiyinə görə saxlanılıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, adının açıqlanmasını istəməyən xanım Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək, yolla gedərkən şəhərin M.Ə.Rəsulzadə və Hacı Nəsir küçələrinin kəsişməsində velosipedlə yanından keçən bir nəfərin onun əlindən “Samsung” markalı mobil telefonunu alaraq uzaqlaşdığını bildirib.
Araşdırmalar zamanı həmin şəxsin Lənkəran rayonunun Şiləvar kənd sakini, əvvəllər məhkum olunmuş Vüqar Sadıxov olduğu məlum olub və o, saxlanılaraq istintaqa təqdim edilib. Vüqar Sadıxovun soyğunçuluq yolu ilə ələ keçirdiyi mobil telefon maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.