Məktəbin həyətində insanlara atəş açan şəxs qaçdı - YARALILAR VAR

Türkiyənin Qaziantep şəhərində naməlum şəxs məktəbin həyətində tüfəngdən atəş açıb.

APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar  xəstəxanaya çatdırılıb, onların həyatları üçün təhlükə olmadığı bildirilir.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv