Sankt-Peterburqda mağazada partlayış törədilib - YARALILAR VAR
Sankt-Peterburqda ticarət mərkəzində yerləşən mağazaların birində partlayış baş verib. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Ticarət mərkəzində olan insanlar təxliyyə olunub.
İlkin məlumata əsasən, insident nəticəsində 10 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Rusiya İstintaq Komitəsi mağazada baş verən partlayışın səbəbini açıqlayıb. Məlumata görə, mağazada gücü 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu işə düşüb.
Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb.