Türkiyədə azərbaycanlı tələbələrin "dedovşina"sı - YENİ GƏLƏNLƏR NECƏ SOYULUB?
Türkiyənin Kastamonu şəhərində təhsil alan 8 azərbaycanlı tələbə saxlanılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, polis Kastamonu Universitetinin tələbələri olan Azərbaycan vətəndaşlarını soyğunçuluq iddiası ilə saxlayıb.
İddiaya görə, yuxarı kurs tələbələri yeni gələn azərbaycanlı tələbələrdən pul istəyib, əşyalarını əlindən alıb. Şübhəlilərin sonuncu dəfə bir həmyerlilərinin evinə girib barmağını qırdığı, daha sonra isə noutbuk və fotoaparatını zorla əlindən aldıqları bildirilir.
Şikayət əsasında vilayət polis idarəsinin soyğunçuluqla məşğul olan heyəti 8 şübhəli tələbəni saxlayıb. Dindirilmədən sonra tələbələr məhkəməyə göndərilib.