Qaradağda 33 əlil yeni mənzillə təmin olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 33 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib.

 

APA TV-nin məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, hər il orta hesabla 335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir. Bu vaxta qədər artıq 6100 mənzil həmin kateqoriyalara aid insanların istifadəsinə verilib.

 

Bildirilib ki, növbəti ildə də bu sahədə məqsədyönlü işlər davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli