Lənkəranda ana ilə oğlu dəm qazından zəhərlənib

Lənkəranda bir ailənin iki üzvü dəm qazından zəhərlənib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, dəm qazından zəhərlənmə hadisəsi axşam saatlarında rayonun Kərgəlan kəndində qeydə alınıb.

Məlumata görə, 1957-ci il təvəllüdlü Əliyeva Əsli Məcid qızı və onun oğlu, 1981-ci il təvəllüdlü Əliyev İlkin İntiqam oğlu ev şəraitində dəm qazından zəhərlənib. Hadisədən xəbər tutan qohumları ana ilə oğlunu dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Xəstəxanada onlara həkimlər tərəfindən ilkin tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki xəstənin vəziyyətlərinin orta-ağır olduğu bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv